02:02
(077) 610-22-33

Baş həkimin oğluna cinayət işi açıldı

  • >
1 290 14 Avqust 2014 16:24 | Hadisə

Ehsan Zaidov: "Əgər hadisə ört-basdır edilsəydi, iki maddə irəli sürülməzdi; işi peşəkar müstəntiqlər aparır"
Baş vermiş hadisə ilə bağlı DİN-lə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov baş vermiş dəhşətli hadisə ilə bağlı cinayət işi açıldığını bildirdi: "Hadisə avqustun 5-də günorta saatlarında Xətai rayonu ərazisində Cavidan Qorçuyev, Telman Nuriyev, Azər Cəfərov və onun qardaşı Aslan arasında baş verib. Münaqişə nəticəsində Cavidan bıçaqla qeyd etdiyim vətəndaşlara xəsarət yetirib.

Hazırda bununla bağlı 126 (qəsdən xəsarət yetirmə) və 221 (xuliqanlıq) maddələrlə cinayət işi qaldırılıb. İstintaq başa çatandan sonra, hadisəyə hüquqi qiymət veriləcək. Əgər hadisə ört-basdır edilsəydi, iki maddə irəli sürülməzdi. Mən bilən Cavidan özü də hazırda xəstəxanadadır. Peşəkar müstəntiqlər bu işi aparır. Cinayət törədən və zərərçəkmişlərin ifadələrin alınıb". (Müsavat)
Bağla X