20:33
(077) 610-22-33

Paytaxtda mikroavtobusla minik maşını toqquşub

  • >
409 15 Avqust 2014 07:18 | Hadisə

Gecə saatlarında paytaxtın Nərimanov rayonunda bir nəfərin xəsarət alması ilə nəticələn yol nəqliyyat hadisəsi baş verib.



anspress-in məlumatına görə, Mikayıl Müşviq küçəsində baş vermiş qəza zamanı Gürcüstan vətəndaşı Daşqın Tanrıverdiyevin idarə etdiyi "Mercedes" markalı mikroavtobusla, Sənan Mütəllimovun idarə etdiyi eyni markalı minik avtomobili toqquşub. Nəticədə, minik maşınında olan xanım sərnişin xəsarət alıb.

Dərhal əraziyə təcili tibi yardım maşını cəlb olunub. Minik maşınında olan digər bir sərnişinin dediyinə görə, mikroavtobusun sürücüsü yol hərəkəti qaydalarını pozaraq, tək gedişli yolun əks istiqamətindən hərəkət edib.

Mikroavtobusun sürücüsü isə paytaxta ilk dəfə gəldiyindən yolu tanımadığını bəhanə gətirib.

Hadisə baş verən əraziyə Yasamal Rayon Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, qəza mikroavtobusun sürücüsün yol hərəkəti qaydalarına düzgün riayət etməməsi səbəbindən baş verib.

Minik avtomobili yararsız hala düşdüyündən evakuator vasitəsilə ərazidən uzaqlaşdırlıb.

Qəzanın dəqiq səbəbləri isə hər iki sürücünün izahatından sonra məlum olacaq.

Baş vermiş qəzanın səbəbləri araşdırılır.

AzNews.az
Bağla X