- Köhnə - Hadisə
- 15 Avqust 2014 10:57
- 3 262
Şabran məmurları dövlət bayrağını tərsinə asdılar - FOTO
Təəssüf ki, Azərbaycanda hələ də bayrağını tanımayan, ona hörmət etməyən şəxslər var. Gördüyünüz şəkildə Azərbaycanın dövlət bayrağı Şabran rayonunun şimal girişində tərs formada dalğalanır.
Oxucuların milli.az-a göndərdikləri biabırçı mənzərə Bakı-Quba yolunun 140-cı kilometrliyindədir. Şabran rayonu ərazisində yerləşən lövhədə Azərbaycan bayrağı tərsinə asılıb.
Şabran Rayon İcra Hakimiyyətindən sayta bildirilib ki, həqiqətən də belə bir səhv olub və artıq aradan qaldırılıb.
AzNews.az