Bir müddət əvvəl Krasnıy Luç şəhərində separatçılar tərəfindən öldürülən azərbaycanlı iş adamı Rövşən Qasımovun həyat yoldaşı və oğlu isə girovluqdan azad edilib Bir müddət əvvəl Krasnıy Luç şəhərində separatçılar tərəfindən öldürülən azərbaycanlı iş adamı Rövşən Qasımovun həyat yoldaşı və oğlu isə girovluqdan azad edilib

MSK sədrinə pis xəbər - Qohumları mühasirədə

Bir müddət əvvəl Krasnıy Luç şəhərində separatçılar tərəfindən öldürülən azərbaycanlı iş adamı Rövşən Qasımovun həyat yoldaşı və oğlu isə girovluqdan azad edilib

Ukraynanın Luqansk vilayətinin Krasnıy Luç şəhərində separatçılar tərəfindən öldürülən Azərbaycan diasporunun üzvü, iş adamı Rövşən Qasımovun girovluqda olan həyat yoldaşı və oğlu azad edilib.

R. Sadıqovun qardaşı, Krasnıy Luç Azərbaycanlılar Cəmiyyətinin sədri Rəşid Sadıqov APA-ya açıqlamasında bildirib ki, hazırda qardaşının ailəsi Donetsk vilayətinin Ukrayna qüvvələrinin nəzarətində olan Torez şəhərindədir.

R. Sadıqov qeyd edib ki, qardaşının ailəsi azad olunsa da, anası Xuraman Qasımova, qardaşları Rauf və Rasim Qasımovlar separatçıların nəzarətində olan ərazidə qalıblar: "Onlar hazırda Rusiya ilə həmsərhəd olan Snejnoe şəhərinin yaxınlığında, separatçıların nəzarəti altında olan kiçik bir kənddədirlər. Hər yerə müraciət etmişik, onların xilası üçün bütün cəhdləri edirik, lakin hələlik nəticə yoxdur".

O deyib ki, anası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla əmi uşağıdırlar.

Qeyd edək ki, Tovuz rayonunun Xatınlı kəndindən olan Sadıqovlar ailəsi Luqansk vilayətində iri fermer təsərrüfatına malikdir.

AzNews.az