Gecə saatlarında Bakının Maştağa qəsəbəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Gecə saatlarında Bakının Maştağa qəsəbəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Maştağada ağır yol qəzası - 3 nəfər xəsarət aldı - FOTO + VİDEO

Gecə saatlarında Bakının Maştağa qəsəbəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.


APA-nın məlumatına görə, hadisə Məmmədyarov dairəsində qeydə alınıb.

34 yaşlı Telman Səfərov idarə etdiyi BYD markalı avtomobillə qəsəbədəki ara yoldan magistrala çıxmaq istəyərkən, Maştağadan Buzovna istiqamətində hərəkətdə olan Elxan Cuvarovun idarə etdiyi VAZ-2106 markalı avtomobillə toqquşub. Zərbənin təsirindən hər iki avtomobil deformasiyaya uğrayıb.

Qəza nəticəsində BYD-nın sürücüsü xəsarət almasada, VAZ-2106-da olan sürücü 25 yaşlı Elxan Cuvarov və sərnişinləri – 26 yaşlı Orxan Məlikov, onun həmyaşıdı Mahmud Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar hadisə yerinə çağrılan təcili tibbi yardım briqadasının köməkliyi ilə 3 saylı şəhər kliniki xəstəxanaya aparılıb.

Hadisənin səbəbinə gəlincə, BYD-nın sürücüsü Telman Səfərov bildirib ki, VAZ-2106-nın sürücüsü avtomobili magistral yolda işıqsız idarə etdiyindən, o, avtomobili görməyib. Nəticədə qəza baş verib.

Faktla bağlı Sabunçu RPİ-də araşdırma aparılır.

AzNews.az
image description image description image description