Azərbaycanın bəzi meşə zolaqlarında yanğın olub

Azərbaycanın bır sıra rayonlarındakı meşə zolaqlarında yanğın baş verib. AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Lənkəran rayonu, Biləsər kəndində (rayon mərkəzindən 30 km aralı) meşənin dağlıq ərazisində 4 ha sahədə meşə zolağında yanğın baş verib.

Masallı rayonunda (rayon mərkəzindən 21 km aralı) meşə ərazisində 15,5 ha sahədə meşə zolağı yanıb.

Lənkəran rayonu, Şovu kəndində (rayon mərkəzindən 17 km aralı) meşənin dağlıq ərazisində 1 ha sahədə meşə zolağında yanğın baş verib. Meşə zolaqlarının qalan hissəsi yanğından mühafizə olunub və yanğınlar söndürülüb.

Xızı rayonunda (rayon mərkəzindən 34 km aralı) dəniz kənarında 8 ha sahədə quru ot və kol-kos yanıb. Digər sahələr yanğından mühafizə olunub, yanğın söndürülüb.

AzNews.az