13:23
(077) 610-22-33

Samuxda heyvanlar arasında xəstəlik yayıldı - Video

  • >
897 16 Avqust 2014 08:30 | Hadisə

Samux rayonunun 1200 nəfərdən çox əhalisi olan və təsərrüfatlarında min başdan artıq mal-qara saxlanılan Yenikənd kəndində əsasən iri buynuzlu mal-qara arasında son bir ay ərzində kütləvi xəstəlik yayılıb.

AzNews.az-ın "Türkel" tv-yə istinadən verdiyi məlumata görə, mənşəyi tam aydın olmayan bu xəstəliyə yoluxan inəklərin əvvəlcə bədənində iri suluqlu səpkilər əmələ gəlir, heyvanların ağzından su gəlir, onlar iştahadan tam kəsilir və qısa müddət ərzində necə deyərlər, bir dəri, bir sümük qalır. Yerli sakinlərin dediyinə görə, kənddə artıq bir neçə inək bu xəstəlikdən tələf olub. Kənddə son günlər epizootik durumun kəskinləşməsi ilə bağlı baytarlıq idarəsi gücləndirilmiş iş rejiminə keçib. Mal-qaraya antibiotik preparatlar vurulub. Hələlik müsbət nəticə əldə olunmayıb. Xəstəlikdən heyvanlar tələf olsa da baytarlar insan üçün təhlükə olmadığını deyir. Belə ki, bu tip heyvan xəstəliklərinin birbaşa insan orqanizmininə yoluxması mümkün deyil.







AzNews.az
Bağla X