21:42
(077) 610-22-33

Qadın prodüsser “avtoşluq“ edərkən saxlanıldı

  • >
755 12 Sentyabr 2012 10:07 | Hadisə

Təranə Səmədova yol hərəkəti qaydalarını kobud şəkildə pozubmuş

Bakıda yol hərəkət qaydalarını kobud şəkildə pozan qadın "avtoş" yol polisləri tərəfində saxlanılıb. Bakı şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşı, polis baş leytenantı Vüqar Bağırovun verdiyi məlumata görə, "Toyota" markalı 90 HT 839 dövlət nömrə nişanlı avtomobili idarə edən Təranə adlı qadın saxlanılıb.

AzNews.az-ın Anspress-ə istinadən verdiyi məlumata görə, o, yol polisinin saxlama əmrinə tabe olmayaraq yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq "avtoş"luq edirmiş. Bundan başqa qadının sükan arxasında mobil telefonla danışıraq, yol polisinin "dur" əmrinə tabe olmayıb. Lakin yol polisinin keçirdiyi əməliyyat zamanı "avtoş" qadın saxlanılıb.

O, saxlanılarkən hansısa müğənninin prodüsseri olduğunu bildirərək, yol polislərinə qarşı kobudluq edib. Avtomobil qadından alınaraq cərimə meydançasına aparılıb. Sonradan qadının Təranə Səmədova adlı şəxs olduğu müəyyənləşdirilib.

Təranə Səmədovanın verdiyi məlumata görə, o, heç bir qanun pozuntusuna yol verməyib. Üstəlik o, yol polislərindən şikayət edəcəyini bildirib. Qeyd edək ki, Təranə Səmədova hazırda müğənni Gunay İbrahimlinin prodüsseri kimi fəaliyyət göstərir. O, müğənni Rəqsanə ilə də çalışıb.

AzNews.az
Bağla X