02:51
(077) 610-22-33

Bakıda dəhşətli qəza: 1 ölü, 6 yaralı (Adlar)

  • >
1 733 18 Avqust 2014 08:57 | Hadisə

Bu gecə Bakının Yasamal rayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AzNews.az xəbər verir ki, hadisə bu gecə saat 00:26 radələrində Yeni Yasamal "Qismət" şadlıq sarayının yaxınlığında baş verib. Belə ki, qəza zamanı 6 nəfər ağır yaralanıb, bir nəfər isə hadisə yerində keçinib.

Yaralılar 46 yaşlı Aybəniz Ələkbərova, 25 yaşlı Tural İbrahimov, 2 aylıq Xədicə Qasımova, 22 yaşlı Aidə İbrahimova, 3 yaşlı Namiq İbrahimov, 28 Kəmalə Qasımova ağır yaralı halda xəstəxanaya yerləşdiriliblər.

Hadisə zamanı yaşı təxminən 45 olan, kimliyi hələlik dəqiqləşdirilməyən qadın dünyasını dəyişib. Hüquq mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır və bir nəfərin ölümü və xeyli insanın yaralanması ilə bağlı cinayət işi açılıb.

Amid
AzNews.az
Bağla X