Sabunçu rayonunda yerləşən bu bina kənardan, xüsusən də gecələr çox bahalı bir otelə, ofisə bənzəyir. Sabunçu rayonunda yerləşən bu bina kənardan, xüsusən də gecələr çox bahalı bir otelə, ofisə bənzəyir.

İçi dağılan fasadlanmış qaçqın binası- Video

Sabunçu rayonunda yerləşən bu bina kənardan, xüsusən də gecələr çox bahalı bir otelə, ofisə bənzəyir.




AzNews.az Meydan TV-ə istinadən xəbər verir ki, əslində bura Bakı Sənaye Pedaqoji Kollecinin yataqxanasıdır. Məcburi köçkünlərin məskunlaşdığı yataqxananın bayır görüntüsü bir az da burada yaşayanlara həsəd hissi yaradır. Amma bu hissin ömrü binanın kandarından ayağını içəri qoyana qədərdir.

Çünki binanın içərisi onun çöl görüntüsü ilə heç cür uyğunlaşmır. Artıq 20 ildən çoxdur ki, bu yataqxana da yaşayan qaçqın və məcburi köçkünlərlə söhbətimizdən öyrənirik ki, bina bu yaxınlarda təmir olunub. Amma təmir yalnız binanın çölünə sirayət edib. Yataqxana sakininin sözlərinə görə, binanın çölü bəzəkli olsa da, içərisində şərait yoxdur: "Bizim də xahişimiz, istəyimiz odur ki, bizim də yataqxananı köçürsünlər, evlə təmin olunaq".

Başqa bir sakin isə deyir ki, yataqxanadan köçürülməklə bağlı aidiyyatı qurumlara şikayət etsələr də, sözlərinə məhəl qoyan olmayıb: "Hara da şikayət edirsən, baxan yoxdur. Uşağım şəkər xəstəsidir. 10 yaşından tapıb. Gündə 4 dəfə insulin vururam ona. Əsəbdir. Yataqxanadır da. Ümumi yaşayış. Yalandan gəlib, üstünü bəzədilər, getdilər. Neyləyirəm üstünü bəzəməklərini? Bu qaçqınları buradan çıxarsınalar".

Üstü bəzək, içi isə bərbad durumda olan bu binada yaşamaq hər kəsi bir cür bezdirib. Kimi çoxsaylı ailə üzvləri ilə bir otaqda yaşamağın mümkünsüzlüyündən, kimi ümumi tualet-hamamdan istifadədən, yataqxananın ən yaşlı sakini isə evinin olmadığı üçün oğlunu evləndirə bilmədiyindən şikayətlənir: " Oğlumu evləndirə bilmirəm. Şəraitim yoxdur. İlhama de ki, bir qoca arvaddır. Oğlunu evləndirə bilmir. Yer tapmır ki, oğlunu evləndirib, qoya içərisinə".

Məsələ ilə bağlı Qaçqınkomdan Meydan Tv-yə verilən açıqlamaya görə, gələcək illərdə Bakı Sənaye Pedoqoji Kolleci də daxil, bütün yataqxanalardakı qaçqın və məcburi köçkünləğğr yeni evlərə köçürüləcək.



AzNews.az