02:11
(077) 610-22-33

Azərbaycanda körpənin üstünə darvaza aşdı

  • >
1 017 18 Avqust 2014 09:40 | Hadisə

Valideyn ehtiyatsızlığı az qalsın faciə ilə nəticələnəcəkdi.


AzNews.az Kanal S-ə istinadən bildirir ki, Şamaxıda 3 yaşlı uşağın üzərinə dəmir darvaza düşüb.

Sözü gedən hadisə Şamaxı şəhər Bakı küçəsində qeydə alınıb. 2011-ci il təvəllüdlü Piriyeva Xədicə Mətləb qızı həyətdə oynayarkən dəmir darvaza üzərinə aşıb. Nəzarətsiz buraxılan uşaq bir anda qəzanın qurbanına çevrilib.

Ağır dəmir parçasının altında qalan uşağın səsinə yaxınlıqda olan insanlar gəliblər. 3 yaşlı Xədicə ağır kəllə-beyin travması alıb. O, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.

AzNews.az
Bağla X