DİN-dən dəhşətli yol qəzası ilə bağlı açıqlama

Yeni Dairəvi yolda "Mercedes" markalı avtomobillər toqquşub, ölənlər və xəsarət alanlar var.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 18-də saat 01 radələrində Yasamal rayonu Yeni Dairəvi yolda Tural İbrahimovun və Rusiya Federasiyası vətəndaşı Azər Ələkbərovun idarə etdikləri "Mercedes" markalı avtomobillər toqquşub.

T.İbrahimovun sərnişinlərindən - Sumqayıt şəhər sakini Fatma Dünyamalıyeva hadisə yerində ölmüş, özü və digər sərnişinləri - arvadı Alidə, azyaşlı oğlu Namiq, Mehdiabad qəsəbə sakinləri Kəmalə Qasımova və azyaşlı Xədicə Qasımova, habelə A.Ələkbərovun sərnişinləri - Bakı şəhər sakini Aybəniz Ələkbərova, Goranboy rayon sakinləri Nərmin Məmmədova və bacısı Nigar xəstəxanaya yerləşdirilmişlər. Tural İbrahimov orada ölmüş, Aybəniz Ələkbərovaya, Nərmin Məmmədovaya və bacısı Nigara ilkin tibbi yardım göstərilib.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.

AzNews.az