Avqustun 18-də AXCP Şəki şöbəsinin fəalları saxlanıb. Avqustun 18-də AXCP Şəki şöbəsinin fəalları saxlanıb.

Cəbhəçi gənclər saxlanıldı

Avqustun 18-də AXCP Şəki şöbəsinin fəalları saxlanıb.


AzNews.az xəbər verir ki, bu haqda AzadlıqRadiosuna partiyanın Gənclər Komitəsinin sədri İlham Hüseyn məlumat verib. Saxlananlar şöbənin sədri Əli Abdullayev, şöbənin məclis sədri Rauf Əbdürrəhmanlı və məclis üzvü Mübariz Əbdülkərimovdur. İlham Hüseyn fəalların avqustun 17-də Şəki şəhərində keçirilən "flashmob"a görə saxlandıqlarının ehtimal olunduğunu bildirir: "2 saatdır ki, Şəki şəhər Polis İdarəsindədirlər. Onları dindirirlər. Ehtimal var ki, dünənki "flashmob"a görədir. Başqa nə ola bilər? Hamı bilir ki, belədir. Hazırda idarənin qarşısına cəbhəçilər yığışıb. Nəticəni gözləyirlər".

Şəki Şəhər Polis İdarəsindən fəalların saxlanması ilə bağlı məlumata aydınlıq gətirmək istəmədilər.

AXCP Gənclər Komitəsi Şəki Şöbəsinin sədri İslam Həsənov da saxlanıb. Bu haqda AzadlıqRadiosuna komitənin sədri İlham Hüseyn məlumat verib. Onun da avqustun 17-də keçirilən "flashmob"la bağlı saxlandığı ehtimal olunur. Avqustun 17-də Şəki şəhərində ictimai fəallar həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərovun doğum günü ilə bağlı "flashmob" keçirib.

Aksiya zamanı ictimai fəalların əllərində Rəsul Cəfərova Azərbaycan, ingilis və rus dillərində ünvanlanan təbrik müraciətləri olub.
Hüquq müdafiəçisi Rəsul Cəfərov avqustun 2-də həbs istintaqa çağırılıb və elə həmin gün barəsində 3 aylıq həbs qərarı verilib. O, vergidən yayınmada, səlahiyyət həddini aşmada və qanunsuz sahibkarlıqla məşğul olmada ittiham olunur.

Rəsul Cəfərov ittihamları rədd edir, həbsini insan hüquqları sahəsindəki fəaliyyəti ilə əlaqələndirir. Rəsul Cəfərov avqust ayında açıqlanan və 97 nəfərin yer aldığı siyasi məhbus siyahısının müəlliflərindən biridir.

AzNews.az