13:25
(077) 610-22-33

Qusarda qəza: 5 yaralı var

  • >
706 18 Avqust 2014 15:47 | Hadisə

Qusar rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, qəza Köhnə Xudat kəndi ərazisində qeydə alınıb.

"VAZ-2107" markalı avtomobilin "Mersedes" maşını ilə toqquşmasından sonra avtomobillərdə olan beş nəfər xəsarət alıb.

Yaralılar dərhal Qusar rayon xəstəxanasına çatdırılıb. Qusar rayon xəstəxanasının cərrahiyə şöbəsinin müdürü Mahir Bədəlov yaralılardan bir nəfərin vəziyətinin orta ağır olduğunu qeyd edərək onun kəllə beyın zədəsi aldığını bildirib.

Digər 4 yaralıya stansionar xidmət göstərildikdən sonra evə buraxılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

AzNews.az
Bağla X