Dənizdə batan şəxslər xilas edildi

AzNews.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə ("Bilgəh" sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Həmçinin, Sumqayıt şəhəri, Tağıyev qəsəbəsində dənizdə ("Tağıyev" sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

AzNews.az