13:27
(077) 610-22-33

Sərxoş polis mayoru qəza törətdi, xəstəxanalıq oldu

  • >
1 064 19 Avqust 2014 13:41 | Hadisə

Sərxoş polis mayoru avtomobili dərəyə aşırıb.



AzNews.az Kəpəz TV-yə istinadən bildirir ki, ötən gün saat 23:30 radələrində Şəmkir-Gədəbəy yolunun 17-ci km-də, Şəmkirin Qasımalılar kəndi ərazisindən keçən hissəsində Oqtay Muradov idarə etdiyi "VAZ-21099" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın dərəyə aşıb.

Nəticədə sürücü yaralı halda Şəmkir MRX-na yerləşdirilib. Kəlbəcər Rayon Polis Şöbəsində polis mayoru olan Oqtay Muradov sükan arxasında sürücülük hüququ olmadan əlyəşməklə yanaşı, ağır dərəcəli sərxoş olub. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

AzNews.az
Bağla X