Bakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Şəmkirdə dəhşətli qəza - 1 ölü, 4 yaralı

Bakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.



Şəmkir rayon Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü Orxan Aslanov idarə etdiyi "Hyundai Sonata" markalı avtomobil Şəmkir rayon sakini, 1952-ci il təvəllüdlü Saleh Hüseynovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə toqquşub. Hadisə zamanı 62 yaşlı S.Hüseynov dünyasını dəyişib.

"Hyundai Sonata"nın sürücüsü, onun anası, atası və həyat yoldaşı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlər yaralıların vəziyyətini orta ağır olduğunu bildirirlər.

Məlumata görə, Orxan Aslanov Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsində polis nəfəri işləyir.

AzNews.az