04:09
(077) 610-22-33

Azərbaycanda zəncirvari qəza

  • >
433 19 Avqust 2014 14:41 | Hadisə

Lənkəranda zəncirvari yol qəzası baş verib.



Anspress-in bölgə müxbirinn verdiyi məlumata görə, hadisə bu gün saat 14:00 radələrində Ələt-Astara magistralının 205-ci km-də, yolun Lənkəran rayonun Gərmətük qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Rayon sakinləri 23 yaşlı Elçin Vəlizadənin idarə etdiyi "VAZ-2107", 20 yaşlı Rahim İsmayılzadənin idarə etdiyi "VAZ-2106", 31 yaşlı Teymur Əzimovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşaraq zəncirvari qəza törədib.

Hadisə şahidlərinin bildirdiyinə görə, qəzaya yüksək sürət səbəb olub. Xoşbəxtlikdən hadisə ilə bağlı ciddi xəsarət alan olmayıb. Qəzaya uğrayan hər 3 avtomaşın yararsız hala düşüb. Hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qəzaya səbəb "VAZ-2107"nin sürücüsünün düzgün manevr etməməsi səbəb olub.

AzNews.az
Bağla X