09:43
(077) 610-22-33

Siyəzəndə ağır yol qəzası- Sürücü öldü

  • >
772 19 Avqust 2014 19:06 | Hadisə

Fövqəladə Hallar Nazirliyi (FHN) Siyəzəndəki ağır yol qəzası ilə bağlı məlumat yayıb.

AzNews.az nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, Bakı-Quba yolunun 125-ci kilometrliyində, Siyəzən rayonu ərazisində vətəndaşlara məxsus "Mercedes" markalı minik və "KamAZ" markalı yük avtomobilləri toqquşub. Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mercedes" markalı avtomobilin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib, sərnişini yanğınsöndürən-xilasedicilər çatana kimi vətəndaşlar tərəfindən aparılıb.

Sürücünün meyiti deformasiyaya uğramış minik avtomobilindən təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsilə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

AzNews.az
Bağla X