Bakıda göyəm mürəbbəsinin içərisində narkotik vasitə - tiryək aşkarlanıb. Bakıda göyəm mürəbbəsinin içərisində narkotik vasitə - tiryək aşkarlanıb.

Mürəbbədən narkotik çıxdı - Təcridxanada

Bakıda göyəm mürəbbəsinin içərisində narkotik vasitə - tiryək aşkarlanıb.



AzNews.az Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 maddələrinə əsasən həbs edilmiş şəxs Vahid Engilis oğlu Eminovun tanışı, Bakı şəhəri, Q.İlkin küçəsində fərdi evdə yaşayan vətəndaş Zaur Tapdıq oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilən zaman göyəm mürəbbəsinin içərisində gizlədilib, xalis çəkisi 3,748 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

AzNews.az
image description image description