Ötən gün səhər saatlarında ANS TV-nin “Günə Baxan” verilişinin aparıcısı İlqar Mikayıloğlunun qolu sınıb. Ötən gün səhər saatlarında ANS TV-nin “Günə Baxan” verilişinin aparıcısı İlqar Mikayıloğlunun qolu sınıb.

ANS-in aparıcısı xəstəxanada

Ötən gün səhər saatlarında ANS TV-nin “Günə Baxan” verilişinin aparıcısı İlqar Mikayıloğlunun qolu sınıb.


ANS PRESS-in məlumatına görə, hadisə verilişin anons çəkilişi zamanı baş verib.

İlqar Mikayıloğlunun ANS PRESS-ə verdiyi məlumata görə, Pirallahı ərazisindəki çimərlikdə "Günə Baxan" verilişinin anons çəkilişi gedən an ani diqqətsizlik edib. Nəticədə ayağı ilişib və sağ qolu üstdə yıxılıb.

"Mən solaxayam. Yaxşı ki, sağ qolumun üstünə yıxıldım. Əlim biləkdən yuxarı sındı. Əlim çox eybəcər formaya düşmüşdü. Qışqırtım da aləmi bürüdü", - deyə İlqar Mikayıloğlu bildirib.

Aparıcı dərhal Sabunçu rayon xəstəxanasına aparılıb. Həkimlər ona yardım göstəriblər. İndi aparıcının əli 35 gün gipsdə qalacaq. O, birinci gün yenidən həkim müayinəsinə gedəcək.

AzNews.az