15:26
(077) 610-22-33

Dəhşətli qəzada ölən vəzifəli şəxsin oğlu imiş… - Video

  • >
2 878 20 Avqust 2014 16:02 | Hadisə

Dünən Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.


APA-nın verdiyi məlumata görə, hadisə magistralın 110-cu km-də, Şabran rayonu ərazisində qeydə alınıb.

10 SA 013 dövlət nömrə nişanlı "Mercedes" markalı minik maşını ilə 85 BS 389 dövlət nömrə nişanlı yük avtomaşını toqquşub. Qəza nəticəsində "Mercedes"in sürücüsü hadisə yerində ölüb. Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin köməyi ilə meyit deformasiyaya uğramış maşından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Maşında olan sərnişin isə ağır bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Bu gün həmin yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın məlumatına görə, Bakı-Quba yolunun 110-cu kilometrliyində "KamAZ" markalı yük maşınına çırpılan "Mercedes"i Bakı sakini, 34 yaşlı Sənan Quliyev idarə edirmiş. Avtomobildə olan sürücünün dostu Əfqan Əsgərovun isə ayaqları sınıb.

Saytın əldə etdiyi digərməlumata görə, dəhşətli qəzada ölən 34 yaşlı S.Quliev Səbayel rayonunda yerləşən 49 saylı "İntellekt" məktəb-liseyin direktoru, əməkdar müəllim Təhminə Əsədovanın oğludur.

S.Quliyev subay olub. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.



AzNews.az
Bağla X