İçində 147 sərnişin olan təyyarə - YANDI (Video)

İçində 147 sərnişin və 6 ekipaj üzvünun olduğu "IndiGo" aviaşirkətinin sərnişin təyyarəsi Dehli aeroportuna enmə zamanı yanıb.


Təyyarə Mumbay-Dehli reysini yerinə yetirirmiş.

Dispetçerdən alışma haqqında informasiyanı almış təyyarənin kapitanı hava gəmisinin enməsindən dərhal sonra qəza pilləkənlərinin köməyi ilə bütün sərnişinlərin təcili təxliyyəsi haqqında sərəncam verib.

Təxliyyə olunma prosesi 75 saniyə çəkib, ancaq bir neçə insan müxtəlif dərəcəli zədələr alıb.

Aviaşirkətin bəyanatında deyilir ki, bir neçə sərnişin müxtəlif dərəcəli zədələr alıb. Aeroportun əməkdaşları zərər çəkənlərə ilkin kömək göstəriblər.

Alışmanın səbəbi aydınlaşdırılır.



ANS