02:00
(077) 610-22-33

Astarada üçmərtəbəli obyektdə yanğın olub- üç nəfər hoteldən təxliyə olunub

  • >
466 21 Avqust 2014 08:08 | Hadisə

Astara rayonunda güclü yanğın olub.


Fövqəladə Hallar Nazirliyinin Astara Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə avqustun 21-də gecə rayonun Pensər kəndində, 1956-cı il təvəllüdlü Əliheydər Əli oğlu Həmzəyevə məxsus üçmərtəbəli binada qeydə alınıb.

Yanğının söndürülməsinə iki yanğınsöndürən maşın və canlı qüvvə səfərbər olunub.

Onların səyi ilə obyektin 3-cü mərtəbəsində yerləşən hoteldən 3 nəfər təxliyə edilib, həmçinin hotel və ikinci mərtəbədəki çayxana yanğından mühafizə olunub.

Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 420 kv.m olan obyektin 1-ci mərtəbəsində yerləşən ərzaq mağazası 100 kv.m sahədə yanaraq yararsız hala düşüb

Faktla bağlı araşdırma aparılır.

Hadisə barədə FHN də məlumat yayıb. Məlumatda bildirilir ki, Astara rayonu, Pensər kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 420 kv.m olan üçmərtəbəli obyektin 1-ci mərtəbəsində yerləşən ərzaq mağazasının yanar konstruksiyaları 100 kv.m sahədə yanıb. Hadisə zamanı 3-cü mərtəbədə yerləşən hoteldən yanğınsöndürənlər tərəfindən 3 vətəndaş təxliyə edilib. 2-ci mərtəbədə çayxana, 3-cü mərtəbədə isə hotel yanğından mühafizə olunub. Yanğın saat 02:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az
Bağla X