Xətai rayonunda intihar edən qadınla bağlı bəzi məqamlar açıqlnıb. Xətai rayonunda intihar edən qadınla bağlı bəzi məqamlar açıqlnıb.

İntihar edən qadın polis arvadıymış – Təfərrüatlar

Xətai rayonunda intihar edən qadınla bağlı bəzi məqamlar açıqlnıb.



AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, intihar edən qadın 27 yaşlı Qəmər Hacıyevanın əri Edqar Hacıyev polis əməkdaşıdır.

Hadisənin təfərrüatları ilə bağlı isə Lent.az-ın verdiyi xəbərdə bildirilib ki, 27 yaşlı Q. Hacıyeva həyat yoldaşı və digər yaxın qohumları ilə paytaxtda keçirilən toy mərasimində iştirak edib. Gecə saatlarında onlar rayondan gəlmiş bir neçə qohumları ilə evə qayıdıblar. Saat 02:00 radələrində isə naməlum səbəblərdən Q.Hacıyeva mənzilin pəncərəsinə çıxaraq özünü atıb. Onun yaxınları 27 yaşlı Qəmərin məhz həyat yoldaşı ilə dalaşdıqdan sonra, ərinin zorakılığı nəticəsində intihar etdiyini iddia edirlər.

Gecə saatlarında intihar etmiş Q.Hacıyevanın yaxınları onun ölümünə inanmayaraq təcili olaraq 7 saylı təcili tibbi yardım stansiyasına aparıblar. Burada qadının öldüyü dəqiqləşib. Elə bu zaman Q.Hacıyevanın doğmaları ilə onun həyat yoldaşının yaxınları arasında dava-dalaş düşüb. Əraziyə cəlb edilmiş polis tərəfləri ayırıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. araşdırmalar aparılır.

Qeyd edək ki, ailənin bir azyaşlı övladı var.

AzNews.az