Qənirə Paşayeva bu dəfə də intihar edənin yanına getdi

"Mən bilmirəm bu vəziyyətdə nə etmək lazımdır. Bir tərəfdən düşünürəm ki, insanların bu cür davranışı kütləvi hal almağa başlayar deyə getmək lazım deyil. Digər tərəfdən də mən getməsəm özünü körpüdən atmaq ehtimalı məni qorxudur. Əgər belə bir şey olsa, ömür boyu vicdan əzabı çəkərəm".

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Qənirə Paşayeva özünü "Koroğlu" metrosu yaxınlığındakı körpüdən atmaq istəyən şəxsin deputatı köməyə çağırması ilə bağlı danışarkən deyib.

Deputat bildirdi ki, vicdan əzabı çəkməmək üçün hadisə yerinə yollanıb:
"Hazırda Masazır qəsəbəsəindəyəm və hadisə yerinə gedirəm. Başqa yolum yoxdur, sonra vicdan əzabından yaşaya bilmərəm".
Qeyd edək ki, bu cür hadisə daha əvvəl də baş verib və deputat hadisə yerinə gedərək məsələni həll edib.

AzNews.az