09:39
(077) 610-22-33

İsmayıllıda iki avtomobil toqquşdu - ölənlər var

  • >
590 21 Avqust 2014 11:44 | Hadisə

Avqustun 20-də saat 10 radələrində İsmayıllı rayonunun Topçu kəndində Hacıhətəmli kənd sakini İlham Azayevin idarə etdiyi "VAZ-21063" və Bakı şəhər sakini Əliağa Həsənovun idarə etdiyi "Toyota" markalı avtomobillər toqquşub.

AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, İ.Azayev hadisə yerində ölmüş, sərnişinləri - Bakı şəhər sakinləri Cavid Azayev, Xədicə Bağırzadə, Hacıhətəmli kənd sakini Minay Azayeva, habelə Ə.Həsənov və onun sərnişini - Bakı şəhər sakini Gülşən Şirəliyeva xəstəxanaya yerləşdirilmiş, Cavid Azayev orada ölmüşdür.

BDYPİ tərəfindən araşdırma aparılır.

AzNews.az
Bağla X