22:34
(077) 610-22-33

Yevlaxda ağır yol qəzası- 2 nəfər öldü

  • >
1 295 21 Avqust 2014 16:44 | Hadisə

Yevlax rayonunda ağır yol qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası Bakı - Qazax yolunun 301-ci kilometrliyində Yevlax rayonunun Nemətabad kəndindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü Mahir Həmid oğlu Atayevin idarə etdiyi 10 DN 055 dövlət nömrə nişanlı "MİTSUBİSHİ" markalı avtomobil yol kənarında olan maneəyə çırpılıb.

Qəza zamanı avtomobildə olan sərnişinlər - 1957-ci il təvəllüdlü Göyçay rayon sakini, Zərifə Məhəmməd qızı Əlirzayeva və 1956-cı il təvəllüdlü Ucar rayon sakini Mahmud Həmid oğlu Atayev dünyasını dəyişib, 1956-cı il təvəllüdlü Zərnişan Məhəmməd qızı Əlirzayeva , 2007-ci il təvəllüdlü Aysu Cabir qızı Bağırova müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az
Bağla X