Tovuzda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Tovuzda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Tovuzda qəza- 1 ölü, 5 yaralı (VİDEO) Yenilənib

Tovuzda ölümlə nəticələnən ağır yol qəzası baş verib.





***
11:23

AzNews.az TTV-yə istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb. Tovuz rayon sakini 1975-ci il təvəllüdlü Abbasov Namiq Şəmistan oğlu "VAZ 2106" markalı avtomobillə Qovlar qəsəbəsi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək qarşıdan gələn 1987-ci il təvəllüdlü Əlizadə Cəfər Şahin oğlunun idarə etdiyi "mercedes" markalı avtomobilə çırpılıb. Nəticədə "Vaz 2106"-nın sürücüsü Abbasov Namiq Şəmistan oğlu elə hadisə yerindəcə dünyasını dəyişib. Mercedesdə olan digər sərnişinlər, Sahib Zülfiyev, Rəqsanə Zakir qızı, Emin Məhərrəm oğlu, Aysel Nəriman qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Hadisənin dəqiq səbəbləri təyin olunacaq avtoekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

AzNews.az