Gədəbəydə xeyli sayda xırdabuynuzlu heyvan qeyri-adi şəkildə tələf olub. Gədəbəydə xeyli sayda xırdabuynuzlu heyvan qeyri-adi şəkildə tələf olub.

250 qoyun qayalıqdan dərəyə yuvarlandı

Gədəbəydə xeyli sayda xırdabuynuzlu heyvan qeyri-adi şəkildə tələf olub.



AzNews.az TTV-ə istinadən xəbər verir ki, rayonunun Dəyirmandağı kəndinin sakinləri olan yeznə və qayının qoyun sürüsü Alınçalı yaylağı adlanan ərazidə otlayırmış. Sürüyə isə onların 12 və 14 yaşlarındakı 2 oğlu nəzarət edib. Bu zaman qəfil başlayan güclü külək, leysan yağışa çevrilib. Uşaqların sözlərinə görə həmin vaxt uçurumun kənarında olan qoyunlardan biri küləyin təsiri ilə qayalıqdan dərəyə yuvarlanıb. Daha sonra isə digər qoyunlar da ard-arda dərəyə aşıb. Hadisə baş verərəkən qoyunların qarşısını almağa çalışan yeniyetmə də dərədə yıxılmaqdan son anda ağaclardan tutaraq xilas ola bilib. Xatırladaq ki, dərəyə yuvarlan heyvanların cəsədlərini çəkmək üçün çətinliklədə olasa 2 saatdan artıq qayalıqla getməli olduq. Uzun sürən axtarışdan sonra heyvanların cəsədləri olan yerə çatdıq. Və heyvanların cəsədləri topa şəkildə dərədə idi. Gədəbəy RİH-nin Fövqəladə hallar komissiyasından təsərrüfat sahiblərinə bildirilib ki, heyvanlar sığorta olunmadığından kompensasiya ödənilməyəcək. Heyvanların sahibləri isə deyir ki, hadisə hava şəraiti ilə əlaqədar baş verdiyindən təbii fəlakət kimi qiymətləndirilə və onlara dəyən zərər qismən də olsa ödənilə bilər. Onlar bununla bağlı müvafiq dövlət qurumlarına müraciət etmək niyyətindədir.

AzNews.az