20:44
(077) 610-22-33

Parkda yaşlı kişi insanların gözü qarşısında can verdi

  • >
720 22 Avqust 2014 16:36 | Hadisə

Bakının Səbail rayonu ərazisində yaşlı kişi meyidi tapılıb. Bu barədə ANS PRESS-in "qaynar xətti"nə məlumat verilib. Verilən məlumata görə, yaşlı bir kişi parkda gedərkən qəfil yıxılıb. Onun öldüyü bildirilir.

Səbail rayon Polis İdarəsi 39-cu polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Üzeyir Hacıbəyov küçəsində, Puşkin parkında baş verib. Parkdan yaşı təxminən 60-70 arasında olan bir kişi meyidi tapılıb.

Hadisə barədə məlumat daxil olan kimi əraziya polis və prokurorluq əməkdaşalrı cəlb olunub. Hazırda ölən şəxsin kimliyi və ölümün səbəbləri araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az
Bağla X