09:37
(077) 610-22-33

LGBT Azərbaycan Alyansanın saytı dağıdıldı

  • >
678 22 Avqust 2014 18:47 | Hadisə

Nəfəs LGBT Azərbaycan Alyansının rəsmi saytına (www.lgbtaz.org) hücum olub.


"Qafqazinfo"ya daxil olan məlumata görə, saytın admin panel məlumatlarını ələ keçirən şəxslər saytı fəaliyyətsiz hala salıblar.

Nəfəs LGBT Azərbaycan Alyansının prezidenti Cavid Nəbiyev məsələdə təşəbbüskar tərəf dini ekstremist qüvvələr görür:

"Çünki, sayta daxil olunduğu zaman "Azərbaycanda sizə yer yoxdur! Hamınızı məhv edəcəyik!" kimi sözlər İslam bayrağı fonunda ekrana çıxır.

Təşkilat olaraq bu hadisə bizi çox narahat edir. Bu cür halların davam etməsi təşkilat rəhbərliyinə qarşı real təhlükə yaratmaqdadır. Düşünürük ki, hüquq mühafizə orqanları yaranan bu halla ciddi məşğul olmalıdırlar. Səbəbkarların cəzalandırılmaması onların hərəkətlərinin haqlı olmasına və daha da şiddətli hal almasına gətirib çıxara bilər.

Qeyd edək ki, keçən ilin dekabr ayında Nəfəs LGBT Azərbaycan Alyansının rəhbəri Cavid(Atilla) Nəbiyevə 4 naməlum şəxs tərəfindən hücum olmuşdu. Hadisə Sumqayıt şəhərində baş verib. Sumqayıt şəhər 4 saylı polis idarəsi ilk halda şikayəti araşdırmasa da Azərbaycan Respublikası Daxili İşlər Naziri Ramil Usubova edilən müraciətdən sonra şikayətə baxıb. Nəticədə təqsirləndirilənlərdən sadəcə biri maddi cəzalandırılaraq işə xitam verilmişdi. Həmçinin Yanvar ayında Azad LGBT təşkilatının rəhbəri İsa Şahmarlının vəfatından sonra fəallıq göstərən Nəfəs LGBT-nin üzvlərinə qarşı mənfi təbliğat kampaniyası başlamışdı. Bir qrup özlərini islamçı adlandıran naməlum şəxslər təşkilat rəhbərinin və üzvlərinin şəkil və mobil nömrələrini facebook sosial şəbəkəsində qrup yaradaraq paylaşmışdılar".

Alyansının prezidentinin sözlərinə görə, edilən müraciətlərə baxmayaraq səbəbkarların müəyyənləşdirilməsi və cəzalandırılması istiqamətində heç bir iş görülməyib.

AzNews.az
Bağla X