07:59
(077) 610-22-33

Bakıda ağır yol qəzası - 1 ölü, 5 yaralı -Fotolar

  • >
1 619 23 Avqust 2014 07:47 | Hadisə

Paytaxtın Binəqədi rayonunda ölümlə nəticələnən dəhşətli yol qəzası baş verib.



APA-nın məlumatına görə, hadisə rayonun Biləcəri qəsəbəsində qeydə alınıb. Qəza zamanı "VAZ 2107" markalı avtomobilin sürücüsü 23 yaşlı Hüseyn Bəylərov idarəetməni itirərək maşını yol kənarındakı işıq dirəyinə çırpıb.

Baş verən qəza nəticəsində 5 nəfər ağır bədən xəsarətləri alaraq təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Sürücü Hüseyn Bəylərov isə, hadisə yerindəcə dünyasını dəyişib.

Eyni zamanda zərbənin təsirindən avtomaşın yararsız hala düşüb. Deformasiyaya uğramış avtomobil evakuator vasitəsilə cərimə meydançasına aparılıb

Baş vermiş hadisə ilə bağlı cinayət işi başlanılıb. Qəzanın dəqiq səbəbləri sərnişinlərin dindirilməsindən sonra məlum olacaq. Faktla bağlı araşdırmalar aparılır.

AzNews.az
Bağla X