Ötən gün Qax rayonunda çürümüş meyid tapılıb. Ötən gün Qax rayonunda çürümüş meyid tapılıb.

Polis əməkdaşının atası özünü asdı -Təffərrüat (Yenilənib)

Ötən gün Qax rayonunda çürümüş meyid tapılıb.

Qax rayon Prokurorluğunun müstəntiqi İlqar Səfərovun anspress-ə verdiyi məlumata görə, meyid asılmış halda tapılıb.

Belə ki, hadisə Qaxbaş kəndində baş verib. Meyidi yaxınlıqda yaşayan qonşular tərəfindən tapılıb.

Araşdırmalar zamanı meyidin 1949-cu il təvəllüdlü Papiaşvili Leonid Semyonoviçə aid olduğu məlum olub. Onun intihar etdiyi bilinib.

"Meyid çürüyüb və iylənib. Ehtimal olunur ki, o, özünü 3 gün bundan əvvəl asıb. Meyit tibbi ekspertizadan keçirilib. Onun üzərində heç bir zorakılıq əlamətləri olmayıb. Onun intihar etdiyi məlum olub", - deyə İlqar Səfərov bildirib.

Leonid Papiaşvili 3 uşaq atasıdır. Lakin övladlarının hərəsi bir yerdə yaşayırmış. Kişiyev də tək qalırmış. Bir müddət əvvəl həyat yoldaşı rəhmətə gedib. Leonid Papiaşvili yenidən evlənmək istəyib. Lakin onun övladları buna razı olmayıblar. Kişi özünü öldürəcəyini desə də, heç kəs ona fikir verməyib.

Qeyd edək ki, Leonid Papiaşvilinin oğlu Gürcüstan Respublikasında polis orqanında işləyir. Qızları isə ərdədirlər.

Faktla bağlı cinayət işi başlayıb, araşdırma aparılır.


***
10:51

Qaxda üç uşaq atasının meyiti qonşuları tərəfindən asılmış vəziyyətdə aşkar edilib.

Qax Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə avqust ayının 22-də rayonun Qaxbaş kəndində qeydə alınıb.

Qaxbaş kənd sakini, 1949-cu il təvəllüdlü Papiaşvili Leonid Semyonoviçin meyiti yaşadığı evin həyətyanı sahəsindəki yardımçı tikilidə asılmış vəziyyətdə qonşuları tərəfindən aşkar olunub.

Rayon hüquq-mühafizə orqan işçilərinin hadisə yerində apardıqları ilkin araşdırma zamanı məlum olub ki, rayonda taksiçiliklə məşğul olan, tək yaşayan L. Papiaşvili üç gün əvvəl intihar edib.

L. Papiaşvili son zamanlar əsəb xəstəliyindən əziyyət çəkib.

Məlumatda o da bildirilir ki, mərhumun iki qızı, bir oğlu var.

Mərhumun oğlu hazırda qonşu Gürcüstan Respublikasında polis orqanında işləyir, qızları isə Qax rayonunda ərdədirlər.

Faktla bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.


AzNews.az