Gənc müğənni intihar etdi -Azərbaycanda

Əməkdar artist Tünzalə Ağayeva ilə birlikdə duet ifa edən Sura Əsgərli vəfat edib.


"Qovuş ona"mahnısı ilə tanınan Sura bugün dünyasını dəyişib. Suranın ölüm səbəbi isə məlum deyil. Onun intihar etdiyi güman edilir.

İfaçının ölümüylə bağlı Tünzalə Ağayeva öz hesabında məlumat verib.

"Can Suram, söhbətindən, özündən doymadığım Sura, belimizi qırdın. Getdin Sura... Nakam yaşda Getdin balam... Seninlə hələ neçə musiqi oxuyacaqdıq, yazacaqdıq... Ya Rəbbim! Suramın qəbrini nurla doldur, Rəhmət eylə Ya Rəb, saf-məsum balamızın axiretini gözəl eylə, məkanını cənnət eylə! Faciəvi şəkildə dünyasını dəyişən Suranın ailəsinə baş sağlığımı bildirirəm. Rəbbim kimsəyə övlad itkisi yaşatmasın! Amin".