Abşeron rayonun Masazır qəsəbəsində 64 yaşlı kişinin mənzildə meyidi tapılıb. Abşeron rayonun Masazır qəsəbəsində 64 yaşlı kişinin mənzildə meyidi tapılıb.

Abşeronda 64 yaşlı kişinin mənzildə meyidi tapıldı

Abşeron rayonun Masazır qəsəbəsində 64 yaşlı kişinin mənzildə meyidi tapılıb.



AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, qurumun "112" qaynar telefon xəttinə qəsəbə sakini 1950-ci il təvəllüdlü Ramiz Kamran oğlu Mirzəyev mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsinin eyvanından təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə enərək 3-cü mərtəbədə yerləşən mənzilə eyvandan daxil olublar. Xilasedicilər mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı K.Mirzəyevin vəfat etdiyi müəyyən olunub.

Əməliyyat saat 03:48-də başa çatıb.

Amid
AzNews.az