04:10
(077) 610-22-33

Ağır yol qəzası baş verib- 2 ölü

  • >
679 25 Avqust 2014 07:58 | Hadisə

Ağcəbədidə ağır yol qəzası baş verib, iki nəfər ölüb.


AzNews.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağcabədi şəhərində yol-nəqliyyat qəza hadisəsi baş verib.
Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" və "Chevrolet" markalı minik avtomobillərinin toqquşması nəticəsində "VAZ" markalı minik avtomobilin sürücüsü yaralı, 2 nəfər sərnişini isə qəza nəzticəsində vəfat edərək deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıblar.
Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış sürücünü və 2 nəfər sərnişinin cəsədini avtomobildən çıxarmış, aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 07:31-də başa çatıb.

AzNews.az
Bağla X