09:36
(077) 610-22-33

Polis Bakıda sürücülərlə belə məzələnir - Video

  • >
4 948 25 Avqust 2014 09:34 | Hadisə

Bakıda yol polisi sürücülərin səhlənkarlığı və qaydalara əhəmiyyət verməməsi nəticəsində yaranan tıxacı aradan qaldırmaq üçün çalışarkən, müşahidəçiləri belə əyləndirən jarqonlardan istifadə edib.


Axar.az xəbər verir ki, 10 YP 369 dövlət nömrə nişanlı yol polisi əməkdaşının bu atmacalarını piyadalardan biri çəkərək sosial şəbəkədə yerləşdirib.

Polis "KamAz" markalı yük avtomobili sürücüsünün tıxacı açmağa mane olduğunu gördükdə digər sürücülərə müraciət edib: "Bu "KamAz" qanmazı buraxın".

Daha sonra polis tıxac yaradan növbəti maşına da əsəbiləşib:

"O boyda heyvanla hara girmisən?"

Xatırladaq ki, sürücülərdən heç birinin bu baməzə yol polisinə acığı tutmur, əksinə, istidə tıxacı açmaq üçün çalışan polisin göstərişlərinə əməl etməyə çalışırlar. Əməl etməyənlər isə cərimə əvəzinə, polisdən baməzə atmacalar alırlar...



AzNews.az
Bağla X