16:51
(077) 610-22-33

Qobustanda 6 dustaq özünü doğradı

  • >
1 060 25 Avqust 2014 09:59 | Hadisə

Qobustan həbsxanasında 6 nəfər intihar məqsədilə özünü doğrayıb.


"Qafqazinfo"ya daxil olan məlumata görə, həbsxananın yeni rəisinin sərt davranışlarına etiraz edənlər əsasən qarın və qol nahiyələrini kəsici alətlərlə kəsib və doğrayıblar. Onlardan birinin vəziyyətinin ağır olduğun bildirilir. Özlərinə qəsd edənlərdən yalnız ikisinin adı məlumdur. Bunlar Mirzə Əliyev və Şahin Məlikovdur.

Qeyd edək ki, Qobustan həbsxanasının rəisi keçən ay dəyişdirilib. Məhbus yaxınlarının bildirdiyinə görə, yeni rəis Fikrət Qafarov məhbuslarla sərt şəkildə davrannır. Onun hətta məhbusların üstünə tez-tez itləri qısqırtdığı da deyilir.

Məsələ ilə bağlı Penitensiar Xidmətin Mətbuat Mətbuat Xidmətindən bildiriblər ki, onlara belə bir məlumat daxil olmayıb.

AzNews.az
Bağla X