07:57
(077) 610-22-33

Hərbçilərimiz qəzaya düşdü- 2 ölü, 3 yaralı

  • >
962 25 Avqust 2014 11:08 | Hadisə

Ağcabədi rayonunun Qaradolaq kəndində iki nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.



APA-nın xəbərinə görə, hadisə bu gün səhər 06-07 radələrində qeydə alınıb.

"VAZ-2109" və "Chevrolet" markalı minik avtomobillərinin toqquşması nəticəsində "VAZ 2109" markalı minik avtomobilində olan iki nəfər sərnişin - Beyləqan rayon sakinləri İbadlı Ramil Qubad oğlu və İsmayılov Amid Nizami oğlu hadisə yerindəcə dünyalarını dəyişiblər.

"VAZ-2109"un sürücüsü Rauf Qarayev ağır vəziyyətdə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

"Chevrolet"in sürücüsü və bir nəfər sərnişin yüngül xəsarət alıblar.

Milli.az-ın əldə etdiyi məlumata görə, qəzada ölən şəxslərin hər ikisi hərbçidir.

AzNews.az
Bağla X