Bakı şəhərinin şimal istiqamətində - giriş və çıxışında böyük tıxac yaranıb. Bakı şəhərinin şimal istiqamətində - giriş və çıxışında böyük tıxac yaranıb.

Bakıda şimal istiqamətində böyük tıxac

Bakı şəhərinin şimal istiqamətində - giriş və çıxışında böyük tıxac yaranıb.



APA-nın məlumatına görə, bu gün səhər saatlarında Bakı-Sumqayıt və Bakı-Şamaxı yolunda əmələ gələn tıxac Sulutəpə və Xırdalan dairələrindən metronun 20 Yanvar stansiyasına qədər uzanır. Tıxaca Bakı dairəvi yolunda aparılan təmir işlərinin səbəb olduğu bildirilir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya bildirilib ki, Bakı dairəvi yolunun Beynəlxalq Avtovağzal adlanan ərazisindən yolun 8-ci km-ə qədər olan hissəsi ("Sədərək" ticarət mərkəzinədək) nəqliyyatın hərəkəti üçün bağlanıb.

Sürücülər alternativ olaraq Xocasən-Lökbatan yolu vasitəsilə Bakı dairəvi avtomobil yolunun 8-ci km-ə çıxmaqla Lökbatan istiqamətinə hərəkət edə bilərlər.

Təmir işləri 10 günə yaxın davam edəcək.

AzNews.az