- Köhnə - Hadisə
- 25 Avqust 2014 14:13
- 3 515
Poylu-Ağstafa dəmir yolu əsaslı təmir olunur
AzNews.az-ın TTV-yə istinadən verdiyi məlumata görə, əsaslı təmir olunan 317 kilometr 800 metrlik uzunölçülü relslərlə əvəzlənib ki, bu da konfortun artırılmasına xidmət edir. Bu il də proqrama əsasən təmir işləri davam etdirilir. Təmir işləri çərçivəsində Poylu-Ağstafa mənzilində 9 km dəmir yolunun əsaslı təmiri həyata keçirilir.
Azərbaycan DYQSC-nin mətbuat katibi Nadir Əzməmmədov: "Bu işlər mütəmadi olaraq davam etdiriləcək. Çünki bizim üçün vacib olan Traseka dəhlizidir. Gələcəkdə bu yolda Bakı-Tiflis-Qars dəmir yolu xətti də işə düşəcək. Buna kimi biz təmir işlərini davam etdirəcəyik."
Artıq 5 km köhnə dəmir yolu sökülüb yenisi ilə əvəz olunub. Ümumilikdə isə 9 km yolun tam təmirinin başa çatdırılması bu ayın sonuna planlaşdırılıb.
AzNews.az