Bakı-Sumqayıt magistral avtomobil yolunda kilometrlərlə tıxac hələ də aradan qalxmayıb. Bakı-Sumqayıt magistral avtomobil yolunda kilometrlərlə tıxac hələ də aradan qalxmayıb.

Bakının girəcəyində dəhşətli tıxac: yol da yox, əlac edən də

Bakı-Sumqayıt magistral avtomobil yolunda kilometrlərlə tıxac hələ də aradan qalxmayıb.



AzNews.az-ın əməkdaşının verdiyi məlumata görə, şimal istiqamətində paytaxta daxil olan avtomobil yolunda tıxac dəhşətli həddə çatıb.

Avtomobillər şəhərə daxil olmaq üçün alternativ yollardan da istifadə edə bilmir. Çünki paytaxta həm Binəqədi, həm də Yasamal rayonu ərazisində olan dairəvi yolda daxil olmaq mümkün deyil. Buna səbəb hər iki istiqamətdə yolların təmirə bağlanmasıdır.

Xatırladaq ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, Bakı dairəvi yolunun Beynəlxalq Avtovağzal adlanan ərazisindən yolun 8-ci km-ə qədər olan hissəsi ("Sədərək" ticarət mərkəzinədək) nəqliyyatın hərəkəti üçün bağlanıb. Sürücülər alternativ olaraq Xocasən-Lökbatan yolu vasitəsilə Bakı dairəvi avtomobil yolunun 8-ci km-ə çıxmaqla Lökbatan istiqamətinə hərəkət edə bilərlər. Təmir işləri 10 günə yaxın davam edəcək.

Azər
AzNews.az