Avqustun 24-də Qazax rayonunun 2-ci Şıxlı kənd sakini Mustafa Əhmədova məxsus 1 baş qoyun kəndin otlaq sahəsindən oğurlanıb. Avqustun 24-də Qazax rayonunun 2-ci Şıxlı kənd sakini Mustafa Əhmədova məxsus 1 baş qoyun kəndin otlaq sahəsindən oğurlanıb.

Qoyun və siqaret oğrusu tutuldu

Avqustun 24-də Qazax rayonunun 2-ci Şıxlı kənd sakini Mustafa Əhmədova məxsus 1 baş qoyun kəndin otlaq sahəsindən oğurlanıb.



AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Qazax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmin kənd sakini Məhəmməd Qocayev tutulub.

Daha bir oğurluq hadisəsi Ucar rayonunda qeydə alınıb. Belə ki, rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 24-də Əjdər Məmmədova məxsus mağazadan 41 manat və tütün məmulatı oğurlamış Lək kənd sakini Rüstəm İbrahimov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün şəhər sakini Əli Əliyevə məxsus mağazadan 43 manat və məişət əşyaları oğurlaması da müəyyən edilib.

AzNews.az