Hindistanlıya ərə gedən azərbaycanlı qız tapıldı. AzNews.az-ın məlumatına görə, gun.az hindistanlı ilə ailə quran Zita adlı xanımın taleyinə aydınlıq gətirib. Hindistanlıya ərə gedən azərbaycanlı qız tapıldı. AzNews.az-ın məlumatına görə, gun.az hindistanlı ilə ailə quran Zita adlı xanımın taleyinə aydınlıq gətirib.

Bakıda itkin düşən qız Hindistanda tapıldı

Hindistanlıya ərə gedən azərbaycanlı qız tapıldı. AzNews.az-ın məlumatına görə, gun.az hindistanlı ilə ailə quran Zita adlı xanımın taleyinə aydınlıq gətirib.


Zitanın anası Sevil xanımın və qardaşı Amidin itkin düşdüyünü iddia edirdilər. Onların müraciəti araşdırılıb. Azərbaycanın Hindistandakı səfirliyi ilə əlaqə saxlanaraq Zitanın tapılması və məsələnin araşdırılması üçün səfirin birinci müavini Ceyhun Əliyevə müraciət edilib.

Bir neçə günlük axtarışdan sonra C. Əliyev Zita xanımla əlaqə saxlayıb. Zitanın sözlərinə görə o, anası və qardaşı ilə internet vasitəsilə əlaqə saxlayaraq öz ailə vəziyyəti və həyat şəraiti barədə onları məlumatlandırıb. İtkin düşüldüyü deyilən qız eyni zamanda anası və qardaşından gileylənib. Zita tez-tez narahat edildiyindən doğmaları ilə əlaqələri kəsmək məcburiyyətində qaldığını açıqlayıb.

Zita xanım öz istəyi ilə Hindistana köçdüyünü, ailəsi ilə normal həyat sürdüyünü, Bakıdan köçməsinə səbəbin ailədaxili məişət zəminində yaranmış narazılıq və narahatlığın olduğunu bildirib.

Bu məktub daxil olandan sonra Zitanın ailəsinə zəng vurduq və səfirliyin məktubu barədə onları məlumatlandırdıq. Amma nə Sevil xanım, nə də Amid deyilənlərə inanmadıqlarını dedilər, onlar aldadıldıqlarını iddia edərək, Zita ilə skayp vasitəsilə danışmaq istədiklərini söylədilər.

Səfirin birinci katibi bildirdi ki, Zita onlara həyat səviyyəsinin yaxşı olduğunu, ailəsi ilə xoşbəxt yaşadığını bildirib:
"Biz səfirlik olaraq bu barədə məlumatları daha öncələr də Sevil xanım və Amid bəyə çatdırmışıq. Lakin, onlar bununla qane olmurlar. Zita xanım ailəsi ilə izə məlum olmayan hansısa problemlərə görə ailəsi ilə görüşməkdən imtina edib və hazırda onlarla danışmaq istəmir. Mən ona zəng edəndə, bəzi məqamlara aydınlıq gətirdi. Amma Zita xanımdan icazə almadığım üçün çox şeyi açıqlaya bilmirəm. Ümumilikdə isə belə deyə bilərəm ki, Zita xanım həyat yoldaşı Sujanla Bakıda yaşayarkən ailəsi onlara maddi problemlər yaradıb. Bundan sonra ailədaxili münasibətlər pozulub və onlar Hindistana köçməyə qərar veriblər".

Ötən yazıda Sevil xanımın qızının taleyindən narahat olması, Zitanın çölə atılması və öldürülməsindən qorxması barədə danışan səfirin birinci katibi bunları dedi: "Mən onların evinə zəng edəndə ailədən bir nəfər telefonu götürdü və mən Zitanı çağırdım. O da çox mədəni şəkildə danışdı. Hər şeyi izah etdi. Əgər onların dediyi kimi Zitaya təzyiqlər olsaydı onu heç telefona belə çıxarmazdılar. Zita xanım artıq dərəcədə ailəsi tərəfindən narahat edildiyi üçün onlarla danışmaq istəmədiyini dəfələrlə bizə bildirdi. Əgər Sevil xanım və Amid həmin telefonlara zəng edib Zita ilə danışa bilmirsə, bu artıq onların problemidir. Ola bilsin, Zita xanım evdə deyib ki, onlar zəng edəndə telefona çağırmasın".

AzNews.az