04:09
(077) 610-22-33

Azərbaycan-Rusiya sərhədində avtomobillərin uzun növbəsi yaranıb - VİDEO

  • >
677 27 Avqust 2014 07:23 | Hadisə

Azərbaycan-Rusiya sərhədində avtomobillərin uzun növbəsi yaranıb.



APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, ərazidə təxminən 300-dək maşın Rusiyaya keçmək üçün növbə gözləyib.

Xudat Gömrük Nəzarət Postundan növbənin yaranma səbəbi kimi, Rusiya-Gürcüstan sərhədində baş vermiş torpaq sürüşməsi və qonşu ölkədə yeni tədris ilinin başlanması göstərilib. Həmçinin adi günlərdə keçid məntəqəsindən 120 minik maşınının buraxıldığını, indi isə bu rəqəmin 200 çatdırıldığını bildirib.

Qeyd edək ki, Rusiya-Gürcüstan sərhədində baş vermiş torpaq sürüşməsi səbəbindən Türkiyəyə yük daşıyan avtomobillər Azərbaycan ərazisindən istifadə etməyə məcbur olublar.



AzNews.az
Bağla X