Xəbər verdiyimiz kimi, Dubaydan Moskvaya uçan təyyarə azərbaycanlı sərnişinə görə İrəvanda məcburi eniş edib. Xəbər verdiyimiz kimi, Dubaydan Moskvaya uçan təyyarə azərbaycanlı sərnişinə görə İrəvanda məcburi eniş edib.

Dubay-Moskva reysində dalaşan azərbaycanlının - Videosu

Xəbər verdiyimiz kimi, Dubaydan Moskvaya uçan təyyarə azərbaycanlı sərnişinə görə İrəvanda məcburi eniş edib.



"Qafqazinfo" Ria Novosti-yə istinadən həmin hadisənin görüntülərini təqdim edir:

Qeyd edək ki, təyyarə Dubaydan uçuş edərkən 30-35 yaşlı sərnişinlərdən biri kobudluq etməyə, bərkdən danışmağa və uşaqlara hücum etməyə başlayıb.

Təyyardə ancaq qadın stüardessalar işlədiyi üçün kömək məqsədilə kişi sərnişinlərə müraciət edilib. Onlar çətinliklə həmin sərnişini oturacağa bağlayıblar.

Səhər saatlarında isə təyyarə İrəvanda eniş etməli olub. İki saaat yarım aeroportda qalmalı olublar, pilotlar onu yerli polisə təslim etmək istəyiblər. Lakin Ermənistan hökuməti onu qəbul etməkdən imtina edib. Qollarına qandal taxılan azərbaycanlı sərnişinə sakitləşdirici vurulub və o, bir müddət yuxuya gedib. Daha sonra 3 saatlıq gecikmədən sonra təyyarə Moskvaya çatıb. Azərbaycanlı sərnişin isə polis bölməsinə aparılıb.



AzNews.az