Şamaxıda zəlzələ baş verib. Şamaxıda zəlzələ baş verib.

Şamaxıda zəlzələ oldu

Şamaxıda zəlzələ baş verib.



Respublika Seysmoloji Xidmət Mərkəzindən AzNews.az-a verilən məlumata görə, yerli vaxtla 09:26:30-da Qobustandan 25 km qərbdə Şamaxıda zəlzələ qeydə alınıb.

Zəlzələ yerin 7 km dərinliyində baş verib. Maqnitudası 3,2 təşkil edən zəlzələ hiss olunmayıb.

Bundan təxminən 21 dəqiqə sonra ərazidə bird aha zəlzələ qeydə alınıb. Məlumata görə, gün ərzində ikinci zəlzələ yerli vaxtla saat 09:47:36-da Qobustandan 19 km qərbdə, Şamaxıda zəlzələ qeydə alınıb.

Yerin 17 km dərinliyində baş verən zəlzələnin maqnitudası 3,3 təşkil edib. Zəlzələ hiss olunmayıb.

AzNews.az