15:26
(077) 610-22-33

Usubovun işdən qovduğu polkovnik məhkəməyə üz tutdu

  • >
1 493 27 Avqust 2014 10:41 | Hadisə

Daxili İşlər naziri general-polkovnik Ramil Usubovun vəzifədən azad etdiyi Gəncə Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi polkovnik-leytenant Fuad Gündüz oğlu Əliyev məhkəməyə müraciət edib.

Zərərçəkmiş vətəndaş Nərminə Əhmədova Axar.az-a müraciət edərək, Fuad Əliyev tərəfindən məhkəməyə verildiyi bildirib. O deyib ki, Fuad Əliyev şərəf-ləyaqətin və işgüzar nüfuzun zədələndiyini iddia edərək ali orqana müraciət edib.


Xatırladaq ki, Nərminə Aladdinovna Əhmədova saytımıza müraciətində bildirmişdi ki, Gəncə Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi polkovnik-leytenant Fuad Gündüz oğlu Əliyev onun 30.820 manat pulunu mənimsəyib. N.Əhmədova F.Əliyevə pulu bank vasitəsi ilə verdiyini təsdiqləyən qəbzləri də redaksiyaya təqdim etmişdi və hüquqlarının bərpası üçün Baş Prokurorluğa və DİN rəhbərliyinə yazılı qaydada müraciət ünvanlamışdı.

Nazirlik isə araşdırma aparmış və nəticədə Fuad Əliyev vətəndaş Nərminə Əhmədova ilə arasında olan 30.820 manatlıq pul mübahisəsinin həllinə təşəbbüs göstərmədiyi üçün nazir Ramil Usubovun əmri ilə tutduğu vəzifədən azad edilmişdi.

AzNews.az
Bağla X