Bir qədər əvvəl itdiyi haqda məlumat yayılan müğənni Arzu Mələyin yeri bəlli olub. Bir qədər əvvəl itdiyi haqda məlumat yayılan müğənni Arzu Mələyin yeri bəlli olub.

İtmiş müğənninin yeri bəlli oldu – Moskva (Yenilənib)

Bir qədər əvvəl itdiyi haqda məlumat yayılan müğənni Arzu Mələyin yeri bəlli olub.


AzNews.az-a açıqlma verən müğənninin qohumları bildirib ki, A. Mələk hazırda Moskvadadır və o, sentyabrda Azərbaycana dönəcək.

Qohumlarının sözlərinə görə, Arzu Mələk avqustun 25-dən 30-na kimi Moskvada konsert proqramı ilə çıxış edəcək.

Qeyd edək ki, müğənni Arzu Mələyin yoxa çıxdığı haqda məlumat yayılıb. Müğənninin yaxınlarının dediyinə görə, müğənninin külli-miqdarda borcu olduğuna görə belə addım atıb. Hətta Arzu Mələkdən şikayətçi olanlar onu məhkəməyə də veriblər.

AzNews.az

***
16:27

Tanınmış azərbaycanlı müğənni Arzu Mələk yoxa çıxıb

AzNews.az gecce.az-a istinadən xəbər verir ki, bu haqda müğənninin yaxınları məlumat veriblər. Onların dediyinə görə, müğənni artıq bir neçə aydır ki, yaşadığı evi tərk edib və hər kəslə əlaqəsini kəsib. Yaxınlarının dediyinə görə, müğənninin külli-miqdarda borcu olduğuna görə belə addım atıb. Hətta Arzu Mələkdən şikayətçi olanlar onu məhkəməyə də veriblər. Məhkəmədən müğənninin evinə bildiriş gəlsə də, o, prosesdə iştirak etməyib.

Həmçinin Arzu Mələk qızının sürdüyü bahalı avtomobili də satıb. Digər bir məlumata görə, müğənni Rusiyaya qaçıb.

Məsələylə bağlı müğənninin mövqeyini öyrənmək istəsək də, onunla əlaqə yaratmaq mümkün olmadı.

AzNews.az